Beylin agenti Valdanoya cavab verdi
"Real”ın
futbolçusu Qaret Beylin agenti Conatan Barnett "kral klubu”nun sabiq direktoru
Xorxe Valdanoya cavab verib.
Kaspi.az xəbər verir
ki, Valdano "el klasiko”dan sonra Beyli kəskin tənqid etmişdi. O, uelsli
futbolçunun, ona görə ödənilən vəsaitə layiq olmadığını bildirmişdi.
Valdona qeyd
etmişdi ki, Beyl 5 il ərzində "Real”da ümidləri doğrultmayıb. Conatan isə onun
tənqidlərini əsassız sayıb:
"Onun dedikləri
tamamilə əsassızdır. Ona görə də ciddi qəbul edilməməlidir”.
Uelsli futbolçu
2013-cü ildə "Tottenhem”dən 100 milyon avroya transfer edilib. Beyl cari
mövsümdə 9 oyun keçirib, 3 qol vurub, 2 qol ötürməsi edib.