• şənbə, 27 Aprel, 02:30
  • Baku Bakı 14°C

Berti Foqtsun dostu “Rubin”i çalışdıra bilər

26.12.13 13:08 1239
Berti Foqtsun dostu “Rubin”i çalışdıra bilər
Azərbaycan millisinin üzvü Ruslan Abışovun şərəfini qoruduğu Rusiyanın “Rubin” klubunu almaniyalı mütəxəssis çalışdıra bilər. Apasport.az xəbər verir ki, Kazan təmsilçisinin Feliks Maqatla danışıq apardığı barədə məlumatlar yayılıb.
Son iş yeri Almaniyanın “Volfsburq” klubu olan Maqatın yığmamızın baş məşqçisi Berti Foqtsla dostluq münasibətlərinin olması Abışov üçün müsbət məqamdır. O, həmyerlisinin xahişi ilə vaxtını ehtiyatda keçirən Ruslana özünü göstərmək imkanı yarada bilər.
Qeyd edək ki, “Rubin”in Qəyyumlar Şurası dekabrın 20-də türkmənistanlı Kurban Berdıyevi uğursuz nəticələr səbəbi ilə istefaya göndərib.
banner

Oxşar Xəbərlər