• cümə, 29 Mart, 10:02
  • Baku Bakı 5°C

Bərdədə ermənilərin raket atəşi nəticəsində ölən 7 yaşlı qızla vida mərasimi keçirilir

28.10.20 11:36 444
Bərdədə ermənilərin raket atəşi nəticəsində ölən 7 yaşlı qızla vida mərasimi keçirilir
Erməni silahlı birləşmələrinin Bərdə rayonunda yaşayış məntəqəsini raket atəşinə tutması nəticəsində həlak olan 2013-cü il təvəllüdlü Aysu İsgəndərova ilə vida mərasimi keçirilir.
Trend-in Bərdədə olan müxbirinin verdiyi məlumata görə, mərasim rayonun Qarayusifli kəndində, azyaşlının yaşadığı evdə keçirilir.
Xatırladaq ki, oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndində yaşayış evləri Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulub. Hadisə nəticəsində dinc sakinlər Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı həlak olub, 7 nəfər isə xəsarət alıb.




banner

Oxşar Xəbərlər