• şənbə, 27 Aprel, 02:00
  • Baku Bakı 14°C

“Bavariya” onu 150 milyona da satmayacaq

01.08.18 10:35 554
“Bavariya” onu 150 milyona da satmayacaq
"Bavariya”nın idarə heyətinin sədri Karl-Haynts Rummenigge Robert Levandovski ilə bağlı yayılan transfer xəbərlərinə münasibət bildirib.
Kaspi.az xəbər verir ki, Rummenigge Levandovskinin komandada qalacağını deyib. O, polyak hücumçunu, hətta ən sərfəli təklif alacaqları halda belə, satmayacaqlarını vurğulayıb:
"Levandovski ilə bağlı məsələdə insanlara olduqca dəqiq məlumat vermək istəyirik. Robert satılmır. Hətta çox yaxşı təklif alsaq belə, onu satmaq niyyətimiz yoxdur.
Biz qapıları açmırıq. Klubda Robertin oyunundan razıdırlar. Bizim onunla ayrılmaq niyyətimiz yoxdur. Hətta 150 milyon təklif etsələr də, satılmayacaq. Levandovski "Bavariya”da qalacaq”.
banner

Oxşar Xəbərlər