• cümə, 29 Mart, 04:42
  • Baku Bakı 7°C

“Barselona”nın başqa klublara o qədər borcu var ki...

08.10.19 12:07 680
“Barselona”nın başqa klublara o qədər borcu var ki...
"Barselona” transfer etdiyi futbolçulara görə, digər klublara xeyli vəsait ödəməlidir.
Kaspi.az xəbər verir ki, "Barsa”nın başqa klublara ödəməli olduğu 260 milyon avro borcu var. Özü də bu futbolçuların əksəriyyəti "Barsa”da möhkəmlənə bilməyib.
Məsələn, Filip Koutinonun transferinə görə, "Barsa”nın "Liverpul”a 94,6 milyon avro ödəməlidir. Koutinyo "Barsa”da möhkəmlənə bilməyib və "Bavariya”ya icarəyə verilib.
İspaniya nəhəngi Malkoma görə "Bordo”ya da 30,3 milyon avro verməlidir. "Barsa” bu futbolçunu 2018-ci ildə 41 milyon avroya transfer etmişdi.
Ancaq sonradan onu "Zenit”ə 40 milyon avroya satmalı oldu.
banner

Oxşar Xəbərlər