“Barsa”nın Neymara daha bir şərti var
PSJ-nin futbolçusu Neymar sabiq klubu "Barselona”ay qayıtmaqda
israrlıdır.
Kaspi.az xəbər verir ki, Neymar artıq bu istəyini bir neçə dəfə
bildirib. Ancaq braziliyalı futbolçu bunun üçün "Barsa”nın şərtini yerinə yetirməlidir.
Neymar İspaniyaya qayıtmaq istəyirsə, məvacibinin azaldılmasına
razılıq verməlidir. Onun PSJ-də illik məvacibi 36 milyon avrodur. "Barselona”
rəhbərliyi isə bildirib ki, qayıtmaq istəyirsə, illik 22 milyon avro məvacibə
razılaşmalıdır.
Onu da qeyd edək ki, "Barselon a” rəhbərliyi bir müddət əvvəl Neymar
qarşısında daha bir şərt irəli sürmüşdülər. Bildirmişdilər ki, braziliyalı
futbolçu qayıtmaq istəyirsə, üzr istəməlidir.
Neymar "Barselona”dan
PSJ-yə 2017-ci ildə 222 milyon avroya keçib.