AZE | RUS | ENG |

Banklararası şahmat yarışına start verilib

Banklararası şahmat yarışına start verilib
Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşəbbüskarlığı və Azərbaycan Şahmat Federesiyasının dəstəyi ilə  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş banklararası şahmat yarışına start verilib.

BBN.az xəbər verir ki, tədbirdə ABA-nın Prezidenti Zakir Nuriyev və Azərbaycan Şahmat Federesiyasının vitse-prezidenti Faiq Həsənov çıxış edərək çempionatı açıq elan edib.

Artıq 3-cü dəfə keçirilən və hər il böyük marağa səbəb olan yarışmada 28 kredit təşkilatından 80-nə yaxın nümayəndə iştirak edir. Yarış "İsveçrə” sistemi üzrə 9 turdan ibarət olaraq FİDE qaydalarına əsasən şəxsi hesab üzrə keçirilir.

Həmçinin, builki çempionatda gənc şahmatçı Əli Qurbanovun müalicəsinə dəstək göstərilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Yarış Azərbaycanda şahmatın kütləviliyini artırmaq və bank sektorunda çalışanların asudə vaxtlarını səmərəli təşkil etmək məqsədi ilə keçirilir.

Ümummilli lider Heydər Əliyevin anadan olmasına həsr olunmuş banklararası şahmat yarışı  ABA tərəfindən 2016-cı ildən illik əsasda keçirilir.
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9187
GEL 1 1 Gürcüstan larisi 0.6445
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1759
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1828
CHF 1 1 İsveçrə frankı 1.691
KWD 1 1 Küveyt dinarı 5.5933
TRY 1 1 Türkiyə lirəsi 0.3217