AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Azərpoçt” Silahlı Qüvvələrə Yardım Fonduna ianələrin qəbuluna başlayıb

“Azərpoçt” Silahlı Qüvvələrə Yardım Fonduna ianələrin qəbuluna başlayıb

Cəmiyyət
01 Oktyabr 2020, 18:15 161

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt” MMC bütün poçt şöbələrində və "Şəbəkə" xidmət mərkəzlərində Silahlı Qüvvələrə Yardım Fonduna ianələrin qəbuluna başlayıb.

Bu barədə "Report”a Nazirlikdən bildirilib.

Məlumata görə, Fonda köçürülən vəsaitlərə görə xidmət haqqı nəzərdə tutulmayıb. Bu ödənişlərin ləğv imkanı isə yoxdur.

İanələr hüquqi şəxslər tərəfindən edildikdə sistemə təşkilatın VÖEN-i, fiziki şəxslər tərəfindən isə şəxsiyyət vəsiqəsinin nömrəsi daxil edilməklə icra olunur.