• cümə, 29 Mart, 09:51
  • Baku Bakı 5°C

Azərbaycanın taleyində dönüşün başlanğıcı

13.06.20 18:30 928
Azərbaycanın taleyində dönüşün başlanğıcı
Müasir tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyevin Azərbaycan Milli Məclisinin sədri seçilməsi ölkəmizin taleyində dönüşün başlanğıcı oldu. Məhz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkəmizin müstəqilliyi möhkəmləndi, bütün sahələrdə dirçəliş baş verdi.
Bu sözləriAZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
Milli Qurtuluş Gününün Azərbaycan xalqı üçün böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik olduğunu qeyd edən A.Məmmədov bildirib: "Heydər Əliyev siyasi hakimiyyətə qayıdarkən Azərbaycanda xalqın maraqlarına uyğun olmayan vəziyyət hökm sürürdü. Ölkənin belə bir ağır durumunda düşdüyü vəziyyətdən xilas edə biləcək yeganə şəxsiyyət Ulu Öndər idi. Xalqın bu niyyətini qəbul edən Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi və siyasi tədbirlər qısa zamanda nəticəsini verdi. Nizami ordu formalaşdırıldı, bütün siyasi və diplomatik vasitələr işə salındı, iqtisadi potensialdan səmərəli istifadə edilərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr imzalandı. Bütün bunlar 1993-cü il 15 iyun tarixinin nailiyyətləridir. Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir vaxtda Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanmaq təhlükəsindən qurtarmasında idi. Dövlətimizin möhkəmlənməsi isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanılması - qurtuluş demək idi. Buna görə də xalqımız haqlı olaraq bu günü Milli Qurtuluş Günü kimi qeyd edir”.
Deputat diqqətə çatdırıb ki, hazırda ulu öndər Heydər Əliyevin siyasəti Prezident İlham Əliyev tərəfindən müdrikliklə, mütərəqqi addımlarla davam etdirilir. "Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan özünü dünyada etibarlı tərəfdaş, sülh, sabitlik və əməkdaşlıq məkanı kimi təsdiqləyib. Bunu ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, idman yarışları, forumlar və sair bir daha sübut edir. Eyni zamanda, Azərbaycan Prezidentinin torpaqlarımızın Ermənistan tərəfindən işğalına qarşı mütəmadi olaraq sərt çıxışları, ordumuzun hazırlıq səviyyəsi xalqımızda, o cümlədən kəlbəcərlilərdə yurda dönmək ümidini hər gün daha da artırır. Əminik ki, Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi Azərbaycan xalqını işğal olunmuş torpaqlarımıza qaytaracaq”.
banner

Oxşar Xəbərlər