• şənbə, 27 Aprel, 09:14
  • Baku Bakı 12°C

Azərbaycan yığmasının sabiq baş məşqçisi həbs edildi

02.08.17 10:15 1339
Azərbaycan yığmasının sabiq baş məşqçisi həbs edildi
Cüdo üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Peter Zayzenbaher həbs edilib.
Kaspi.az xəbər verir ki, Zayzenbaher Kiyevdə saxlanılıb. O, Vyana məhkəməsinin çıxardığı qərara əsasən axtarışa verilmişdi. İkiqat olimpiya çempionu olan Peter həddi-buluğa çatmamış bir neçə qıza qarşı seksual xarakterli cinayətlərin törədilməsində ittiham olunur.
2016-cı ilin oktyabrın əvvəllərində Vyana prokurorluğu onun qurbanlarından birinin ərizəsinə əsasən başlanmış üçillik araşdırmanın nəticələrinə görə, keçmiş idmançıya qarşı ittiham irəli sürüb. 56 yaşlı avstriyalı 1990-cı illərin sonlarında və 2000-ci illərin başlanğıcında - Vyana idman klublarından birində işlədiyi dövrdə iki qızın zorlanmasında ittiham olunur. Zayzenbaher 10 ilə qədər həbs cəzası ala bilər.
O, Azərbaycan yığmasına ilk dəfə 2012-ci ildə rəhbərlik etməyə başlayıb. Amma 2014-cü ildə Zayzenbaher öz postunu tərk edib.
Rövnəq Abdullayev Cüdo Federasiyasının prezidenti seçildikdən sonra - 2015-ci ildə Zayzenbaheri yenidən Azərbaycana dəvət etmişdi.
O, axtarışa verildikdən sonra Azərbaycanı tərk etmişdi.
banner

Oxşar Xəbərlər