• şənbə, 27 Aprel, 02:00
  • Baku Bakı 14°C

Azərbaycan yığması reytinq siyahısında geriləyəcək

05.09.17 13:15 1094
Azərbaycan yığması reytinq siyahısında geriləyəcək
2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrda keçirilən oyunlar Azərbaycan millisinin FİFA reytinqindəki xalına ciddi təsir edib. Apasport.az saytının məlumatına görə, iki qarşılaşma böyük itkiyə səbəb olub.
Belə ki, Norveçdə meydan sahiblərinə 0:2 hesabı ilə uduzub, Bakıda San-Marinonu 5:1 hesabı ilə darmadağın edən yığmamız üçün bu nəticələr ümumilikdə uğursuz sayılır. Çünki bu iki matç 39 xal itkisinə bərabərdi.
Ayın əvvəlində açıqlanan siyahıda 427 xala malik komandamızın növbəti cədvəldəki hesabında 388 xal olacaq. Millilərin iştirakı ilə qarşılaşmalar davam etdiyindən yığmamızın xal itkisinin neçə pillə geriləməsinə səbəb olacağı dəqiq deyil. Amma Robert Prosineçkinin yetirmələrinin təxminən 5-10 pillə geriləməsini proqnozlaşdırmaq olar.
banner

Oxşar Xəbərlər