• cümə axşamı, 18 aprel, 04:53
  • Baku Bakı 15°C

Azərbaycan və Venesuela arasında rəsmi sənədlər imzalanıb

22.10.16 14:07 1250
Azərbaycan və Venesuela arasında rəsmi sənədlər imzalanıb
Azərbaycan və Venesuela prezidentlərinin məhdud tərkibdə görüşü başa çatdıqdan sonra rəsmi sənədlərin imzalanması mərasimi olub.

APA-nın məlumatına görə, prezidentlərİlham Əliyevvə Nikolas Maduro birgə bəyanat imzalayıblar.

"Azərbaycan RespublikasınınXarici İşlər Nazirliyiilə Venesuela Bolivar Respublikasının Xarici İşlər üzrə Xalq Hakimiyyəti Nazirliyi arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılması haqqında Anlaşma Memorandumu”na Azərbaycanın xarici işlər naziriElmar Məmmədyarovvə Venesuelanın xarici işlər üzrə xalq hakimiyyəti naziri Delsi Rodrigez Qomes imza atıb. Nazirlər "Azərbaycan Respublikası Hökuməti ilə Venesuela Bolivar Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş”i də imzalayıb.

Sənədlərin imzalanması mərasimindən sonra prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.
banner

Oxşar Xəbərlər