AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycan taekvondoçuları Helsinqborqda 9 medal qazanıblar

Azərbaycan taekvondoçuları Helsinqborqda 9 medal qazanıblar

İdman
23 Fevral 2020, 12:00 1509
İsveçdə taekvondo üzrə "Helsinqborq Open" beynəlxalq turniri keçirilib. 
Azərbaycan Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, millimiz yarışı 6 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurub.
Taekvondoçularımızdan Bəhruz Quluzadə (54 kq), Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq), Ayxan Tağızadə (74 kq), Radik İsayev (+87 kq) və Patimat Abakarova (53 kq) bütün rəqiblərə qalib gələrək, çempion tituluna yiyələniblər. 
Yalnız finalda uduzan Fəridə Əzizova (67 kq) və Taleh Süleymanov (87 kq) ikinci yeri tutublar. Ramin Əzizov (87 kq) isə bürünc medalla kifayətlənib.