Azərbaycan prezidenti Gürcüstana andiçmə mərasiminə dəvət edildi

Azərbaycan prezidenti Gürcüstana andiçmə mərasiminə dəvət edildi

Siyasət
07 Noyabr 2013, 10:15 646
Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvilinin noyabrın 17-də keçiriləcək andiçmə mərasiminə dəvət olunub.

Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze APA-ya bildirib ki, Gürcüstan XİN-in müvafiq dəvət məktubu noyabrın 1-də Azərbaycan prezidentinə göndərilib.

Eyni zamanda Azərbaycanın baş naziri Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarov da inauqurasiya mərasiminə dəvət alıb.