• çərşənbə, 08 May, 07:16
  • Baku Bakı 13°C

Azərbaycan Gimnastika Federasiyası FIG-nin “Mükafatlandırılan federasiyaların” siyahısında birinci olub

03.02.18 19:40 1079
Azərbaycan Gimnastika Federasiyası FIG-nin “Mükafatlandırılan federasiyaların” siyahısında birinci olub
Azərbaycan Gimnastika Federasiyası 4 il ardıcıl olaraq Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən "Mükafatlandırılan Federasiyaların" siyahısına daxil olub.
Trend-in AGF-nın saytına istinadən verdiyi məlumata görə, federasiyamızın 2017-ci il ərzində gimnastikanın 3 növü üzrə Dünya Kuboklarına, FIG-nin bədii gimnastika üzrə Qitələrarası, beynəlxalq, həmçinin kişi idman gimnastikası üzrə beynəlxalq hakimlik kurslarına və FIG Şura iclasına yüksək səviyyədə ev sahibliyi etməsi, bunlarla yanaşı FIG-nin tanıdığı gimnastikanın 6 növü üzrə yarışlarda intizamlı şəkildə qeydiyyatdan keçərək, aktiv iştirakı Beynəlxalq Gimnastika Federasiyası tərəfindən dəyərləndirilib və AGF ilk pillə ilə mükafatlandırılıb.
Xatırladaq ki, özündə 148 federasiyanı birləşdirən FIG-nin reytinq siyahısında Azərbaycan Gimnastika Federasiyası stabil olaraq 2014, 2015 və 2016 -ci illərdə 10 ən güclü federasiyaların sırasında yer alıb.
banner

Oxşar Xəbərlər