• cümə axşamı, 02 may, 01:27
  • Baku Bakı 15°C

Azərbaycan futbolunun səviyyəsi yüksəlib - Müsahibə

18.01.14 08:25 1128
Azərbaycan futbolunun səviyyəsi yüksəlib - Müsahibə
- Sizi “Neftçi”yə qarşı yoldaşlıq görüşü gözləyir. Rəqib haqda nə deyə bilərsiniz?
- “Neftçi” Azərbaycanın ən səviyyəli komandasıdır. Ölkədə ən güclüdür. Biz yaxşı səviyyəsi olan rəqib axtarırdıq. Mən deyərdim ki, “Neftçi” Türkiyə toplanışında əsas yoxlama rəqiblərindən biridir. Onlar güclü, aqressiv futbol oynayırlar. Bu, bizə lazım olandır. Biz belə rəqiblərə üstünlük veririk.
- Görünür ki, “Neftçi” haqda məlumatlısınız.
- Yoxlama oyunlarını keçirmək üçün komandaları seçməzdən əvvəl, çoxlu məlumat toplayırıq. “Neftçi” varlı klubdur və xaricdən özünə yaxşı oyunçular almağı rəva görə bilər. Heyətində çoxlu sanballı xaricilər var. Heç də hər komandaya səfərdə Milan “İnter”i ilə heç-heçə etmək müyəssər olmur.
- “Neftçi”yə qarşı oyunda nəticə əsas olacaq?
- İlk növbədə, öz oyunçularımızın vəziyyətini görmək istəyirik. İkincisi, “Şlensk” hər oyunda qələbə qazanmaq istəyir. “Neftçi”yə qarşı bizim bir istəyimiz var - qələbə.
- Bu, o deməkdir ki, “Neftçi”yə qarşı “hərbiçilər” sabit heyətlə oynayacaq?
- Toplanışda bizim siyasətimiz, bütün oyunçulara yoldaşlıq oyunlarında özünü göstərməyə şans verməkdir. ”Neftçi”yə qarşı oyun yanvarın 26-da baş tutacaq. Ancaq Polşa çempionatında ilk oyunu fevralın 16-da keçirəcəyik. Bizim kifayət qədər vaxtımız var və biz oyunçularımızı iş başında görərək, bundan istifadə etmək istəyirik.
- Ümumiyyətlə, Azərbaycan futbolu haqda nə deyə bilərsiniz?
- İldən ilə səviyyə artır. Azərbaycan yığmasının və klublarının tərəqqisi gözəçarpandır.
- “Şlensk” “Qarabağ”la bir oteldə qalır. Bu klub artıq Polşada məşhurlaşıb?
- (gülümsəyir) “Qarabağ”ın məşqlərini izləmişəm. Belə ki, ümumi meydanlarda məşq edirik. Berti Foqtsu da gördüm. Komandanın məşqlərini izləyirdi.
- Azərbaycan və Polşa komandaları arasında əvvəlki oyunların nəticələrini nəzərə alsaq, “Qarabağ”ın “Visla” və “Piast” üzərində qələbələri çoxlarını təəccübləndirdi...
- Dediyim kimi, Azərbaycan futbolunun və müvafiq olaraq, onun təmsilçilərinin səviyyəsi artıb. 20 il qabaq biz Avropanın güclü və zəif klubları arasındakı fərqi müşahidə edə bilərdik. İndi belə fərq yoxdur.
banner

Oxşar Xəbərlər