Azərbaycan alimi beynəlxalq forumda məruzə edib
Son zamanlarda Rusiya Federasiyasında
Qafqaz problemlərinin araşdırılmasına daha çox diqqət verilir. Bu baxımdan Rusiya Cənub Federal Universiteti, Rusiya
Elmlər Akademiyasının Cənub Elmi Mərkəzi, Çeçen Respublikası Elmlər
Akademiyası, "Qafqaz-yeni üfüqlər” Fondu və "Ölkə” Regional Tədqiqatlar
Fondunun təşkilatçılığı ilə Rostov-Don şəhərində qafqazşünas tarixçilərin IV
beynəlxalq forumunun keçirilməsi və dinlənilən məruzələr maraqlı olub. Forumun
plenar iclasında millət vəkili, AMEA Qafqazşünaslıq İnstitutunun direktoru,
professor Musa Qasımlı "XIX ə srdə Qafqazda köçürmə siyasəti və nəticələri
(Rusiya arxiv materialları əsasında)” mövzusunda məruzə ilə çıxış edib. Rusiya
arxivlərinin ən mötəbər mənbələri əsasında hazırlanan məruzə
rusiyalı alimlər tərəfindən maraqla qarşılanıb və yüksək qiymətləndirilib. Azərbaycan
alimi eyni zamanda bölmə iclaslarından birinə sədrlik edib.
Azərbaycan və Rusiya qafqazşünasları
arasında elmi əlaqələri davam etdirməyə dair ümumi fikir ifadə olunub.