Azarkeşlər rahat olsunlar - Mən qalıram
"Real”ın futbolçusu İsko komandanın azarkeşlərinə müraciət edib.
Kaspi.az xəbər verir ki, İsko komandada qalıb-qalamayacağı məsələsinə
qəti aydınlıq gətirib. O, azarkeşləri rahat olmağa səsləyib və komandada qalacağını
bildirib:
"Qoy "Real” azarkeşləri rahat olsunlar, mən komandada qalıram. Öz
işimi görürəm və bunu, komandanın maraqlarını nəzərə alaraq, ən yaxşı şəkildə
həyata keçirməyə çalışıram.
Özümü bu klubda və yüksək səviyyəli futbolçuların əhatəsində əla hiss
edirəm. Mənə asan olmadı, xüsusən də mövsümün əvvəlində. Amma hesab edirəm ki,
psixoloji cəhətdən çox güclü oldum. Bundan əlavə, mənə komanda yoldaşlarım və
ailəm də dəstək oldu”.