• şənbə, 27 Aprel, 06:13
  • Baku Bakı 12°C

Avstriya son 32 ildə ilk dəfə Almaniyanı məğlub edib

03.06.18 13:20 734
Avstriya son 32 ildə ilk dəfə Almaniyanı məğlub edib
Futbol üzrə Avstriya yığması yoldaşlıq matçında Almaniya millisini məğlub edib.
"Report” xəbər verir ki, Avstriyanın Klaqenfurt şəhərində keçirilən görüş meydan sahiblərinin 2:1 hesablı üstünlüyü ilə başa çatıb.
Bu, avstriyalılar üçün Almaniya ilə qarşılaşmalarda 32 il ərzində ilk qələbə olub. Avstriya yığması sonuncu dəfə 1986-cı ildə Almaniyanı 4:1 hesabı ilə məğlub edib. Həmin vaxtdan bu yana komandalar 10 dəfə qarşılaşıblar və yalnız bir dəfə avstriyalılar heç-heçəyə nail olublar. Qalan bütün görüşlər almanların qələbəsi ilə yekunlaşıb.
Avstriyanın hazırkı qələbə seriyası 7 oyuna çatıb. Komanda ötən ilin sentyabrın 5-dən məğlubiyyət bilmir. Lakin bununla belə o, Dünya çempionatı- 2018-ə düşə bilməyib.
banner

Oxşar Xəbərlər