• şənbə, 27 Aprel, 08:55
  • Baku Bakı 12°C

Avstraliya yığmasını Rusiyaya hollandiyalı aparacaq

25.01.18 11:40 771
Avstraliya yığmasını  Rusiyaya hollandiyalı aparacaq
Avstraliya yığmasının yeni baş məşqçisi məlum olub.
Kaspi.az xəbər verir ki, yığmanın "sükanı” məşhur hollandiyalı mütəxəssis Bert van Marveykə tapşırılıb. Onunla qısamüddətli müqavilə bağlanıb. Mütəxəssis yığmanı Rusiyada keçiriləcək mundiala hazırlayacaq. Avstraliya Futbol Federasiyası məsələ ilə bağlı açıqlama yayıb:
"Bu, Avstraliya yığması üçün əla seçimdir. Marveyk yüksək səviyyəli mütəxəssisdir. O, Hollandiya yığmasını DÇ-2010-un finalına çıxarıb, Səudiyyə Ərəbistanı ilə də uğur qazanıb. Yığmamız onun rəhbərliyi altında yüksək nəticə əldə edə bilər”.
DÇ-2018-in final mərhələsində Avstraliya yığması Fransa, Danimarka və Peru ilə bir qrupda yer alıb.
banner

Oxşar Xəbərlər