Avropada futbol donub, Çində isə...
Koronavirus
Avropanın bütün ölkələrində idman yarışlarına ciddi təsir göstərib.
Kaspi.az xəbər
verir ki, demək olar, bütün Avropada liqalar qeyri-müəyyən müddətə təxirə
salınıb. Amma koronavirusun yayıldığı ilk ölkə Çində isə çempionatın startına
hazırlaşırlar.
Çində
koroanviurs demək olar ki, zərərsizləşdirilib. Bunu nəzərə alan hakimiyyət
idman yarışlarının da bərpasına hazırlaşır. Məlumata görə, Çin çempionatı
aprelin 18-də start götürəcək.
Qeyd edək ki,
Çində yeni mövsüm fevralın 22-də start götürməli idi. Amma koronavirusa görə
çempionatın startı təxirə salınmışdı.