AZE | RUS | ENG |


Avropa Liqasında yarımfinalçılar məlum olub

Avropa Liqasında yarımfinalçılar məlum olub
Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, baş tutan 4 görüşdən sonra yarımfinalçılar məlum olub.
 
Turnirin əsas favoriti "Mançester Yunayted” səfərdə qollu bərabərə qaldığı "Anderlext”i qəbul edib. Bu oyunda da əvvəlki matçda olduğu kimi əsas vaxt 1:1 hesabı ilə başa çatıb. "Qırmızı şeytanlar”ı uzatma dəqiqələrində Reşfordun vurduğu qol yarımfinala çıxarıb.
 
Belçikanın digər təmsilçisi "Genk” cavab oyununu evdə keçirib. "Şirinlər” doğma arenada "Selta” ilə üz-üzə gəliblər. Səfərdə minimal hesabla məğlub olan Albert Stuvenberqin kollektivi "Selta” səddini keçə bilməyiblər - 1:1.
 
Əvvəlki günlərinə qayıtmağa çalışan "Ayaks” Almaniyaya səfər edib. "Tanrıların oğlanları” evdə 2:0 hesabı ilə qalib gəldikləri "Şalke” ilə bu dəfə Gelzenkirhendə qarşılaşıblar. Matçın əsas vaxtı meydan sahiblərinin üstünlüyü ilə tamamlanıb - 2:0. Uzatma dəqiqələrində almanlar daha bir qol vurublar. Ancaq sonradan özündə güc tapan hollandlar iki qol vuraraq vətənə yarımfinal sevinci ilə dönüblər.
 
Türkiyənin Avroliqadakı yeganə təmsilçisi "Beşiktaş” "Lion”la münasibətlərinə aydınlıq gətirib. Türklər səfər qoluna güvənsələr də, bu, onlara çox da kömək etməyib. Belə ki, oyunun ilk hissəsi Fransadakı hesabla - 2:1 başa çatıb. Əlavə vaxtda qapılara qol vurulmayınca qalibi penalti vuruşları bəlli edib. Gərgin geçən perioddan "Lion" qalib ayrılıb - 7:6.
 
UEFA Avropa Liqası
1/4 final mərhələsi, cavab oyunları
20 aprel
 
"Beşiktaş” (Türkiyə) – "Lion” (Fransa) - 2:1 ( 6:7 penaltilər)
Qollar: Talişça, 27, 58 - Lakazette, 34
 
Baş hakim: Milorad Maziç (Serbiya)
İstanbul. "Vodafon Arena”
İlk oyun – 1:2
 
"Genk” (Belçika) – "Selta” (İspaniya) - 1:1
Qollar: Trossard, 67 - Sisto, 64
 
Baş hakim: Villiam Kollum (Şotlandiya)
Genk. "Luminus Arena”
İlk oyun – 2:3
 
"Mançester Yunayted” (İngiltərə) – "Anderlext” (Belçika) - 2:1
Qollar: Mxitaryan, 10, Reşford, 107 (əlavə vaxtda) - Hanni, 32
 
Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)
Mançester. "Old Trafford” stadionu
İlk oyun – 1:1
 
"Şalke” (Almaniya) – "Ayaks” (Hollandiya) - 3:2
Qollar: Qoreçka, 53, Burqstaller, 56, Kaliquri, 101 (əlavə vaxtda) - Virgever, 111 (əlavə vaxtda), Yunus, 120 (əlavə vaxtda)
 
Baş hakim: Ovidiu Hateqan (Rumıniya)
Gelzenkirhen. "Veltins Arena”
İlk oyun – 0:2 





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7026
GBP 1 İngilis funt sterlinqi 2.1922
TRY 1 Türk lirəsi 0.4768
KWD 1 Küveyt dinarı 5.6088
SEK 1 İsveç kronu 0.1957
EUR 1 Avro 1.9062
CHF 1 İsveçrə frankı 1.7478
USD 1 ABŞ dolları 1.7020