AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” ölkələrinə yardım edəcək

Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” ölkələrinə yardım edəcək

Siyasət
16 Sentyabr 2020, 18:02 224
Avropa İttifaqı "Şərq Tərəfdaşlığı” ölkələrinə yeni iş yerlərinin yaradılması və həmin ölkələrin iqtisadiyyatlarının inkişaf etdirilməsinə yardım edəcək.
APA xəbər verir ki, bunu Avropa Parlamentində çıxışı zamanı Avropa Komissiyasının Prezidenti Ursula vod der Leyen deyib.
"Biz "Şərq Tərəfdaşlığı” proqramına üzv olan tərəfdaşlarımızın yanında olacağıq və onlara yeni iş yerləri yaratmağa, iqtisadiyyatlarını gücləndirməyə yardım edəcəyik”, - deyə Ursula vod der Leyen bildirib.
Qeyd edib ki, o, hər zaman Avropa İttifaqının yaxın qonşuları ilə güclü tərəfdaşlıq əlaqələrinin yaradılmasına hazır olacaq.