Avropa DÇ-2026 ilə bağlı vahid mövqedə olmayacaq
DÇ-2026-ya ev sahibliyi edəcək ölkənin müəyyənləşməsi zamanı
Avropanın hansı mövqedən çıxış edəcəyi bəlli olub.
Kaspi.az xəbər verir ki, səsvermə zamanı UEFA vahid blokdan çıxış
etməyəcək. Bu barədə məlumatı UEFA-nın prezidenti Aleksandr Çeferin verib:
"UEFA üzv ölkələrə heç bir təzyiq göstərməyəcək. Təşkilatın
nümayəndələri sərbəst seçim edəcəklər. Biz bir blokda birləşib, vahid mövqedən
çıxış etməyəcəyik”.
İyunun 12-də Moskvanın "Metropol” otelində UEFA üzvlərinin iştirakı
ilə görüş olub. Görüşdə DÇ-2026-ya ev sahibliyi etmək istəyən ölkələrin də
təqdimatı baş tutub.
Qeyd edək ki, KONMEBOL və KONKAKAF səsvermə zamanı ABŞ, Meksika və
Kanadanın ərizəsini dəstəkləyəcəklərini bildiriblər. Afrika və Asiya da vahid
mövqe nümayiş etdirməyəcək.
DÇ-2026-ya ev sahibliyi etmək üçün ABŞ, Meksika və Kanada birgə ərizə
ilə müraciət ediblər. Onların rəqibi Mərakeşdir.