• şənbə, 27 Aprel, 01:51
  • Baku Bakı 14°C

“Atletiko”nun futbolçusu “Qarabağla” oyundan sonra ispan mətbuatının diqqət mərkəzinə düşüb

27.10.17 09:45 926
“Atletiko”nun futbolçusu “Qarabağla” oyundan sonra ispan mətbuatının diqqət mərkəzinə düşüb
Oktyabrın 18-də futbol üzrə UEFA Çempionlar Liqası çərçivəsində Bakıda keçirilən "Qarabağ”-"Atletiko” matçından sonra Madrid klubunun oyunçusu Yannik Karrasko İspaniya mətbuatının diqqət mərkəzinə düşüb.
Bu ölkənin "okdiario.com” portalı yazır ki, oyunun 70-ci dəqiqəsində əvəzlənən Karraskonun meydandan çıxarkən tələsməməsi narazılıqla qarşılanıb. O, əvəz edilməsinə narazılığını belə ifadə edibmiş.
Klubun baş məşqçisi Dieqo Simeone İspaniya çempionatında "Selta” ilə oyun ərəfəsindəki keçirdiyi mətbuat konfransında bu barədə danışıb. O deyib ki, belçikalı oyunçu ilə bu barədə söhbət edib. "Qarabağ”la oyun turnir cədvəli baxımından çox vacib olsa da, "Atletiko”nun 10 nömrəli futbolçusu davranışı ilə bunu anladığını hiss etdirmirdi.
Yannik Karraskonun əvəzlənməsindən narazılıq etməsi və bunu açıq şəkildə büruzə verməsi ilk dəfə deyil. Belə hal ötən mövsümdə də baş verib.
banner

Oxşar Xəbərlər