AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

ATƏT-in sədri Ermənistan və Azərbaycan sərhədində artan gərginliklə bağlı bəyanat verib

ATƏT-in sədri Ermənistan və Azərbaycan sərhədində artan gərginliklə bağlı bəyanat verib

Siyasət
15 İyul 2020, 09:00 186
Mən Ermənistan və Azərbaycan sərhədi boyunca artan gərginlikdən dərin narahatlıq keçirirəm və tərəfləri daha çox insan tələfatı baş vermədən atəşkəsə dərhal qayıtmağa çağırıram.

AZƏRTAC xəbər verir ki, bu sözləri ATƏT-in hazırkı sədri, Albaniyanın baş naziri, Avropa və Xarici İşlər naziri Edi Rama deyib.

O qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşik tərəflərlə yaxın əlaqədədir və vəziyyəti stabitlləşdirmək üçün səy göstərir. Azərbaycan və Ermənistan liderləri arasında birbaşa əlaqə 2019-cu ilin martında Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Vyanada görüş zamanı qurulub. Edi Rama belə bir mexanizmin vəziyyətin de-eskalasiyası üçün istifadə edilə biləcəyinə ümidvar olduğu vurğulanıb.

ATƏT sədri hər iki tərəfdən həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralılarla bağlı narahatlığını ifadə edib: ""Biz mümkün olan hər şeyi etməliyik ki, münaqişənin insanlara təsiri azalsın və tezliklə əsaslı danışıqlar başlasın".