“Arsenal”a Ançelotti gəlir?
Arsen
Vengerin mövsümün sonunda "Arsenal”ı tərk edəcəyi bəlli olduqdan sonra "topçular”a
kimin başçılıq edəcəyi müzakirə mövzusuna çevrilib.
Kaspi.az
xəbər verir ki, Vengerin yerinə namizədlər arasında Karlo Aneçlottinin də adı
hallanır. İtalyan mütəxəssis mətbuata verdiyi açıqlamada "Arsenal”da işləmək
istəyini büruzə verib:
"Yalnız
onu deyə bilərəm ki, yenidən iş başında olmaq istəyirəm. Əgər uyğun layihə təqdim
etsələr, onda böyük məmnuniyyətlə qəbul edərəm.
Venqer "Arsenal”da
böyük işlər görüb və hazırda da görməkdə davam edir. Axı komanda cari mövsümdə
Avropa Liqasının yarımfinalına çıxıb”.
Ançelottinin
sonuncu iş yeri "Bavariya” olub. O, Münhen nəhəngindən 2017-ci ildə qovulub.