• cümə axşamı, 02 may, 02:05
  • Baku Bakı 15°C

Ançelotti İtaliya klubu ilə razılaşıb

23.05.18 11:20 685
Ançelotti İtaliya klubu ilə razılaşıb
Karlo Ançelotti karyerasını İtaliyada davam etdirəcək.
Kaspi.az xəbər verir ki, Ançelotti "Napoli” ilə müqavilə bağlayacaq. Bu barədə məlumatı "Corriere dello Sport” nəşri yayıb.
Nəşrin iddiasına görə, tərəflər arasında bütün şərtlər razılaşdırılıb. Ançelottinin "Napoli”də işləməsinə yalnız bir şey mane ola bilər: Mauritsio Sarrinin komandanı tərk etməməsi.
Ancaq bu variant az inandırıcıdır. Sarrinin "Napoli”ni tərk edəcəyinə kimsə şübhə etmir.
Ançelottinin son iş yeri "Bavariya” olub. O, Münhen nəhəngindən 2017-ci ilin noyabrında istefaya göndərilmişdi.
banner

Oxşar Xəbərlər