• şənbə, 27 Aprel, 08:09
  • Baku Bakı 12°C

Almaniya Uels klubuna xəbərdarlıq etdi

29.01.18 12:05 775
Almaniya Uels klubuna xəbərdarlıq etdi
Almaniya yığması İngiltərə kubokunun 4-cü mərhələsində "Mançester Siti” ilə qarşılaşan "Kardiff Siti”yə xəbərdarlıq edib.
Kaspi.az xəbər verir ki, xəbərdarlıq yığmanın "Tvitter” səhifəsində yazılıb. Almanlar yığma üzvlərinin zədələnmək ehtimalını nəzərə alaraq, bu xəbərdarlığı ediblər.
"Kardiff”lə oyunda "Siti”nin futbolçusu, Almaniya yığmasının üzvü Leroy Sane zədələnib. İlk hissədə "Kardiff”in futbolçusu Co Benetta Saneyə qarşı sərt sürüşmə fəndi edib. Futbolçu ikinci hissədə meydana çıxmayıb. Bu da Almaniya yığmasını narahat edib. Onlar bu xəbərdarlıqla digər komandalara da mesaj göndərmiş olublar:
"Ey, "Kardiff Siti”! Sizə bildirmək istəyirik ki, yayda bizim çox vacib turnirimiz olacaq. Xahiş edirik, bizim futbolçuları zədələməyin. Sağ olun”.
"Siti” "Kardiff”ə 2:0 hesabı ilə qalib gələrək, 1/8 finala adlayıb. "Kardiff” Uels təmsilçisidir.
banner

Oxşar Xəbərlər