AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Adam dəli ola bilər, amma həqiqətdir”

“Adam dəli ola bilər, amma həqiqətdir”

İdman
02 İyul 2020, 12:22 255
Deontey Uaylderin qardaşı Marsello Tayson Fyuriyə arşı ağır ittiham irəli sürüb. 
 
Kaspi.az xəbər verir ki, Marsello Fyurinin qardaşı ilə döyüşə çıxarkən əlcəyinin içinə küt alət qoyduğunu iddia edib. O, bu barədə həkim rəyini də aldıqlarını vurğulayıb: 
 
Adam dəli ola bilər, amma həqiqətdir. Nə vaxt yüksəkliyə qalxırsan, hamı səni ordan aşağı salmağa çalışır. 
 
Daha dəhşətlisi odur ki, sən öz komanda olanlardan da kimsə ya paxıllıqdan, ya da pul müqabilində bunun üçün rəqibə kömək edir. 
 
Doktor rəy verib ki, son döyüşdən sonra qardaşımın başında yaranan zədə küt alətlə vurulub. Bunu boks əlcəyi, yumruqla  etmək mümkün deyil”.
 
Fyurinin də cavabı gecikməyib: "Bu ittihamı indicə oxudum. Guya mənim əlcəyimdə küt alət olub. Bəli, əlcəyimdə hər birinin ağırlığı 3 kq olan küt alətlər var. Əgər belə küt alətlə yaxşı zərbə vursan hər şey ola bilər”. 
 
Fyuri ilə Uaylder arasındakı ilk qarşılaşma 2018-ci ilin dekabrında keçirilib və heç-heçə yekunlaşıb.  İkinci görüş isə bu ilin fevralında baş tutub və Fyurinin qələbəsi ilə başa çatıb.