• cümə, 29 Mart, 09:07
  • Baku Bakı 5°C

ABŞ senatorları biəməlidirlər ki, ermənilər Xocalıda bəşəri cinayət törədiblər

14.12.19 13:45 418
ABŞ senatorları biəməlidirlər ki, ermənilər Xocalıda bəşəri cinayət törədiblər
ABŞ Senatının qondarma "erməni soyqırımı”nı tanıyan qətnaməsi siyasi təzyiq məqsədilə atılan növbəti addımdır. Bu saxta prosesin qarşısını almaq üçün Azərbaycan və Türkiyə birgə strategiya üzrə hərəkətə keçməlidir.
Bu fikri türkiyəli yazıçı-tədqiqatçı Mehmet Arif Demirer mövzu ilə bağlı mülahizələriAZƏRTAC-a bölüşərkən ifadə edib.
Erməni millətçi dairələrinin uydurduqları saxta "erməni soyqırımı” məsələsini bütün dünya üçün təfriqə və düşmənçilik mənbəyi kimi dəyərləndirən M.Demirer deyib: "Ermənilər bütün dövrlərdə xəyanətkar və ikiüzlü olublar, bu gün də elədirlər. Tarixdə baş verənlər deməyə əsas verir ki, onlar gələcəkdə də belə olacaqlar. Onların genində dostluq elementi qalmayıb. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonların işğal altında saxlanılması, həmçinin Xocalı soyqırımı erməni xislətinin əsil mahiyyətidir. Bütün dünya ictimaiyyəti, eləcə də ABŞ senatorları bilməlidirlər ki, ermənilər Xocalıda bəşəri cinayət törədiblər. Əsil soyqırımının nə demək olduğunu, harada, kim tərəfindən və kimə qarşı törədildiyini bilmək istəyən varsa, Xocalıda törədilənlərə baxsın. Türkiyə və Azərbaycan olaraq bütün bu həqiqətləri dünyaya yaymaq çox vacibdir”.
banner

Oxşar Xəbərlər