• çərşənbə, 08 May, 08:29
  • Baku Bakı 13°C

33 minə bilet aldı, stadionda yerini tapa bilmədi

17.06.18 15:40 2010
33 minə bilet aldı, stadionda yerini tapa bilmədi
DÇ-2018-in açılış oyununa - Rusiya - Səudiyyə Ərəbistanı qarşılaşmasına bilet alan moskvalı azarkeş xoş olmayan sürprizlə qarşılaşıb.
Kaspi.az xəbər verir ki, azarkeşin 33 min rubla aldığı bileti A204 blokunda 29-cu sırada 24-cü yer olub. Ancaq azarkeş stadionda həmin yeri tapa bilməyib. Məlum olub ki, həmin sırada yalnız 26-cı yerə qədər olan kreslolar mövcuddu.
Azarkeş stadiondakı stüardlara müraciət edib. Ona bildiriblər ki, DÇ-nin açılış oyunu başlayana qədər azarkeşin bilet aldığı yeri quraşdırmaq mümkün olmayıb. Əlacsız qalan fanat oyuna ayaq üstə baxmalı olub.
banner

Oxşar Xəbərlər