• şənbə, 27 Aprel, 02:17
  • Baku Bakı 14°C

32-ci komandaya da qol vurdu, qaldı “Leqanes”

19.03.18 13:45 964
32-ci komandaya da qol vurdu, qaldı “Leqanes”
İspaniya çempionatının 29-cu turunda "Real” "Jorona”ya 6:3 hesabı ilə qalib gəlib.
Kaspi.az xəbər verir ki, Kriştiano Ronaldo bu qarşılaşmada poker edib. O, ilk dəfə olaraq "Jirona”nın da qapısına qol vura bilib.
Bununla da portuqaliyalı futbolçu Primerada qarşılaşdığı 32-ci komandaya da qol vurmağı bacarıb. Ronaldo indiyə qədər İspaniya çempionatında 33 komanda ilə qarşılaşıb.
Onun qol vura bilmədiyi yeganə komanda "Leqanes”di.
banner

Oxşar Xəbərlər