Yerevanda əsgər anaları növbəti aksiya keçirir
 
                    Qarabağda xidmət edən erməni əsgərlərinin valideynləri Yerevanda növbəti etiraz askiyasına toplaşıb.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, valideynlər Laçının yaxın günlərdə Azərbaycana qaytarılması ilə əlaqədar övladlarının tezliklə Ermənistana qaytarılmasını tələb edirlər.
Aksiya iştirakçıları tələblərinə cavab alanadək etirazları davam etdirəcəklərini bildiriblər.
Ötən gün etirazçılarla baş nazir Nikol Paşinyan arasında keçirilmiş görüş zamanı o, valideynlərə noyabrın 30-dək gözləməyi tövsiyə edib.
 
                 
         Bakı 17°C
 Bakı 17°C
                     
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                