• cümə axşamı, 28 mart, 21:04
  • Baku Bakı 13°C

Sabah hava necə olacaq?

15.12.19 17:19 650
Sabah hava necə olacaq?
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilənməlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi axşam arabir güclənəcək.
Havanın temperaturu gecə 5-7° isti, gündüz 9-12° isti, Bakıda gecə 5-7°, gündüz 10-12° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 % , gündüz 60-65% olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi cənub rayonlarında, axşam isə ayrı-ayrı şimal və qərb rayonlarında yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.
banner

Oxşar Xəbərlər