1946-cı ildən bəri ən pis “Milan”
"Milan” A
seriyasının 1-ci turundan təxirə salınan oyunda "Cenoa” ilə qarşılaşıb və 2:1
hesabı ilə qalib gəlib.
Kaspi.az xəbər
verir ki, qalib gəlməsinə baxmayaraq, "Milan” bu qarşılaşmada da qol buraxaraq,
son 72 ildə ən pis göstərici ilə yadda qalıb. Məsələ ondadır ki, komanda
ardıcıl 16 oyundur ki, qapısının toxunulmazlığını təmin edə bilmir.
Komanda cari
mövsümdə keçirilən 10 turda və keçən mövsümün son 6 oyununda qapısından qol
buraxıb. "Milan” sonuncu dəfə 1946/47 mövsümündə ardıcıl olaraq 16 oyunda
qapısında qol görmüşdü.
"Milan” 10
oyundan sonra 18 xal toplayaraq, turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.