• cümə axşamı, 02 may, 02:00
  • Baku Bakı 15°C

111 yaşlı kişinin məşqi və qidası

17.09.18 13:15 766
111 yaşlı kişinin məşqi və qidası
ABŞ vətəndaşı, 111 yaşlı Henri Tszenin gündəlik rejimi marağa səbəb olub.
Kaspi.az xəbər verir ki, Henri hər gün məşq zalına baş çəkir. O, səhərlər 30 dəqiqə trenajor zalında məşq etdikdən sonra yoqa ilə məşğul olur.
Henri belə məşqləri o qədər də çətin hesab etmir. O bildirir ki, 90 yaşında akrobatika ilə məşğul olurmuş və yoqanın olduqca mürəkkəb təmrinlərini yerinə yetirirmiş.
Henrinin qızı bildirib mi, atası həmişə sağlam həyat tərzi sürüb. Həmişə idman edib, heç vaxt siqaret çəkməyib, spirtli içki qəbul etməyib.
O, qida rejiminə də daim nəzarət edib. Henri hər gün səhər 2 yumurta, yarım qreypfurt, bana, yağ və cem yeyir. Kofe və portağal şirəsi içir.
Naharda isə o, sevimli italyan, Çin və ya Meksika mətbəxindən yararlanır. Şam vaxtı isə şorba və ya yağsız qızardılmış ət yeyir. Henri hərdən şirin qidaların - keks və tortun da dadına baxır.
banner

Oxşar Xəbərlər