• bazar, 22 Dekabr, 05:52
  • Baku Bakı 9°C

“Əzilsəm də susmaram!” adlı tədbir keçirilib

19.12.22 17:43 1253
“Əzilsəm də susmaram!” adlı  tədbir  keçirilib

       Azərbaycan  Respublikası  Prezidentinin İstiqlal  şairi Əhməd  Cavadın 130  illiyinin qeyd edilməsi haqqında 20 aprel 2022-ci il  tarixli sərəncamından  irəli gələn  tədbirlər planı çərçivəsində  19 dekabr tarixində F.Köçərli  adına  Respublika  Uşaq  Kitabxanasının  təşkilatçılığı  və Y.Kovalyov  adına  229 nömrəli  tam  orta  məktəbin  tərəftaşlığı  ilə  “Açıq dərs - Açıq fikir”  layihəsi  çərçivəsində  “Əzilsəm də susmaram!” adlı  tədbir  baş tutdu. 
       İlk öncə qonaqlar Yuri Kovalyov adına 229 saylı orta məktəbin həyətində şəhidlərin xatirə lövhəsinin qarşısına  gül qoydular və onların əzziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
       Tədbir məktəbin  akt zalında 33 saylı musiqi məktəıbinin xor kollektivinin ifasında  dövlət himninin ( Akapella) səsləndirilməsi ilə başladı.
         Böyük şair, həyatı və yaradıcılığı bir vəhdətdə olan bütöv şəxsiyyət, təkrarsız pedaqoq, yüksək səviyyəli ziyalı, inqilabçı, içtimai xadim, iti qələmli jurnalist, qüdrətli publisist,  məhşur xeyriyyəçi Əhməd Cavadın 130 illiyinə həsr olunan tədbirdə  şagirdlərin təqdimatında onun həyat və yaradıcılığını özündə ehtiva edən kompazisiyalar və bilik yarışması təqdim edildi.
     Ədəbi mühitdə və geniş ictimaiyyətdə həm də cümhuriyyət dövrünün ən parlaq şairi kimi tanınan Əhməd Cavadın bədii, siyasi ideya dünyası təbiət və sevgi lirikası qədər zəngindir. Onun Azərbaycanın müstəqilliyi, dövlət quruculuğu sahəsindəki fəaliyyəti, mövqeyi yeni romantik və vətəndaşlıq poeziyamızın parlaq nümunələrini yaratması ilə xarakterizə olunur.
     Bu baxımdan  tədbirin  keçirilməsində əsas məqsəd  gənc nəsildə milli-mədəni irsə qayğı və mənəvi dəyərlərə ehtiram hissinin aşılanması, Azərbaycan ədəbiyyatı tarixində diqqətə layiq yer tutan ədiblərimizin həyat və yaradıcılığının tanıdılmasıdır. 
      Tədbirdə ədibin nəvəsi Almaz  Axundzadə, nəticəsi Cavad Axundzadə, Mədəniyyət Nazirliyinin  nümümayəndələri İslam Hüseynov, Kamran Musayev, Bakı şəhər Təhsil  idarəsinin müdir müavini Hüseyn Əsgərzadə, BŞTİ İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova,  N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun elm ikatibi Aygün Bağırlı, filologiya elmləri doktoru prof. Lütviyyə Əsgərzadə, Filologiya üzrə fəlsəfə doktoru dosent Fidan Abdurəhmanova, MİSSİYA MEDİA Qrupunun rəhbəri Nicat Dağlar, Nizami r-n İH nümayəndəsi, məktəb rəhbərləri və bir çox qonaqlar iştirak etdi.  
       Bilik yarışmasından sonra çıxış edən qonaqlar Əhməd Cavadın həyat və yaradıçılığı haqqında geniş məlumat verməklə yanaşı layhiə haqqında da öz müsbət fikirlərini bildirdilər. Sonda müsabiqədə iştirak edən şagirdlər – I, II, III yer olmaqla diplom və kitablarla mükafatlandırıldılar. I yerin qalibi Mirzoyev Əliyə Əhməd Cavadın əksi olan kiçik ölçülü xalça hədiyyə edildi. Qeyd edək ki, kompazisiya və bilik yarışmasının iştirakçıları rus bölməsinin yuxarı sinif şagirdləri idi. 

banner

Oxşar Xəbərlər