Təlim görmüş itləri insanların üstünə yeridirdilər… - Müsahibə
“İnsan Haqları Uğrunda” İctimai Birlik bu günlərdə “Qızıl balıq diplomatiyası” adlı hesabatını açıqlayıb. Hesabatda 2010-cu ildə bir sıra beynəlxalq və yerli təşkilatların iştirakı ilə formalaşan qrupun antiAzərbaycan fəaliyyəti ilə bağlı ciddi müzakirələrə yol açacaq mülahizələr yer alıb. Həm bu hesabatla, həm də Almaniya səfəri ilə bağlı “Kaspi”nin suallarını “İnsan Haqları Uğrunda” İctimai Birliyin rəhbəri, hüquq müdafiəçisi Eynulla Fətullayev cavablandırır.
- Eynulla bəy, ötən həftə Almaniyada səfərdə olmusunuz. Bilmək olarmı bu səfərin məqsədi nə idi?
- Almaniyaya səfər etməyimin əsas səbəblərindən biri bu ölkədə keçirilən kütləvi etiraz aksiyalarında jurnalist kimi iştirak etmək, şəxsi müşahidələr aparmaq idi. Əfsuslar olsun ki, Avropa kütləvi informasiya vasitələri və onların təsiri altına düşmüş digər ölkələrin media qurumları Almaniyada keçirilən bu aksiyaları antiqlobalistlərin, antikapitalistlərin etirazı kimi qələmə verməyə çalışırdı. Halbuki, bütün bunlar tamamilə cəfəngiyat, həqiqətə uyğun olmayan məlumatlar idi. Almaniyadakı etiraz aksiyalarını aparıcı müxalifət partiyası olan solçular təşkil etmişdi. Bu partiya Bundestaqda çox geniş tərkibdə təmsil olunur, onların 70-dən artıq millət vəkili fəaliyyət göstərir. Eyni zamanda aksiyanın digər təşkilatçısı Frankfurtda olan bir hərəkatdır. Bu hərəkat ətrafında Almaniyanın məşhur, aparıcı, etirazçı 40-dan artıq ictimai-siyasi, hüquq-müdafiə təşkilatları birləşiblər. Aksiyanın keçirilməsinə səbəb Angela Merkel hökumətinin iqtisadi-sosial siyasətinə etiraz idi. Bildiyiniz kimi bütövlükdə Avropada, o cümlədən də Almaniyada böhran hökm sürməkdədir, insanlar sosial-iqtisadi problemlərdən əziyyət çəkirlər. Təbii ki, bu Almaniya vətəndaşlarının da narazılığı ilə müşayiət olunur. Digər tərəfdən, Almaniyada insan haqlarının vəziyyətinin pis olması, xüsusən də miqrantlara münasibətdə sərt siyasətin həyata keçirilməsi, onların əsassız olaraq ölkədən çıxarılması da aksiyaların səbəbləri sırasında idi. Ən nəhayət, Almaniya hökumətinin daxili siyasətində son zamanlar antidemokratik halların üstünlük təşkil etməsi, irqçiliyin təzahürü, millətçiliyin baş qaldırması, milli-irqi ayrıseçkilik siyasətinin həyata keçirilməsi insanları qane etmirdi. Silsilə etiraz aksiyalarında on minlərlə insan iştirak edirdi.
- Almaniya hökuməti bu aksiyaların keçirilməsi üçün lazımi şərait yaratmışdımı?
- Təəssüf ki, xeyr! Demokratiyadan, sərbəst toplaşma azadlığının təminatından ağız dolusu danışan Almaniya hökuməti dinc aksiyaların qarşısını almaq üçün hər cür tədbirlərə əl atdı. Birincisi, müxalifətə şəhərin mərkəzində deyil, Frankfurtdan təxminən 20 kilometr aralıdakı rayonda, meşəliyin içində olan bir yer verilmişdi. Şəhərin mərkəzindəki bütün küçələr, əsas prospektlər isə əvvəlcədən bağlanmış, xüsusi dəmir turniketlər qurularaq polisin nəzarətinə verilmiş, sakinlərə həmin istiqamətlərə gəlmək qadağan edilmişdi. Aksiyadan bir gün öncə şəhərdə xüsusi texnikalar yerləşdirilmişdi. Həmkarlar ittifaqının da şəhər mərkəzində aksiya keçirməsinə qadağa qoyulmuşdu. Onlar üçün isə şəhərin mərkəzindən uzaqda, aeroportun yaxınlığında yer ayrılmışdı. Bu, bir daha onu göstərir ki, Avropa hökumətlərinin siyasətində ikili standartlar hökm sürür və digər dövlətlərə münasibətdə müəllimlik, ağalıq tonuna üstünlük verilir. Başqalarına dərs keçmək iddiasında olan bu dövlətlər öz daxili siyasətlərində demokratik hüquq və prinsiplərə əməl etmirlər. Avropa Konvensiyasında təsbit olunmuş fundamental siyasi azadlıqların təminatına ciddi problemlər yaradırlar. Mən bunların bilavasitə şahidi oldum.
- Aksiyalarda Almaniya polisi jurnalistlərin öz peşə borcunu yerinə yetirməsinə mane olmurdu ki?
- Bu suala cavab vermək üçün bir məqamı diqqətinizə çatdırım. Frankfurtda mərkəzi həbsxananın qarşısında siyasi məhbusların azad edilməsi ilə bağlı keçirilən etiraz aksiyası zamanı mən özüm də saxlanıldım. Halbuki mən sadəcə jurnalist fəaliyyəti ilə məşğul idim və heç bir qanunsuz hərəkət etmirdim. Bildirdim ki, xarici dövlətdəyəm, ora jurnalist kimi gəlmişəm və bundan kənar fəaliyyətə yol verməməliyəm. Aksiya olanda prosesi izləyir, sadəcə fotolar çəkirdim. Hadisələrin gedişində polislərin də şəklini çəkirdim. Bunu görən polis nəfəri mənə yaxınlaşdı və sənədlərimi tələb etdi. Beynəlxalq Media İnstitutunun verdiyi jurnalist vəsiqəsini ona təqdim etdim. Polis həmin vəsiqəni cibinə qoydu və bunun yetərli olmadığını bildirdi. Bu zaman öz pasportumu da ona təqdim etdim. Polis heç bir izah vermədən mənim sənədlərimi götürüb uzaqlaşdı. Sonra isə məni özləri ilə aparıb maşına otuzdurdular. Bütün etirazlarıma baxmayaraq, məni qanunsuz olaraq yarım saat saxladılar, ardınca fotoaparatımı alıb ifadə azadlığına, jurnalist prinsiplərinə zidd olaraq, yaddaşındakı bütün şəkilləri sildilər. Ümumiyyətlə Almaniyadakı kütləvi etiraz aksiyaları zamanı mediaya yaradılan şərait məni qane etmədi. Jurnalistlər üçün xüsusi zolaq yaradılmışdı və onlara bu zolaqdan kənara çıxmaq qadağan olunmuşdu. Həmin zolaq bir neçə polis kardonundan ibarət olduğu üçün aksiyadan hər hansı şəkil çəkmək, demək olar ki, mümkün deyil.
- Bəs, aksiya iştirakçılarına qarşı necə, polis zorakılıq tətbiq edirdimi?
- Şənbə günü sol partiyanın 30 minə yaxın tərəfdarı Frankfurtun küçələrinə çıxmışdı. Qanuna uyğun şəkildə, yalnız dinc xarakterli kütləvi etiraz aksiyası keçirilirdi. Təxminən 15 dəqiqə sonra aksiya keçirilən əraziyə xüsusi təyinatlılar yeridildi və izdihamı parçaladılar. Sonra səsgücləndiricilər vasitəsilə elan etdilər ki, guya, bəzi aksiya iştirakçılarının üzərində «Molotov koktyeli» olması barədə onlarda əməliyyat məlumatı var. Məlumatın doğru olub-olmamasını müəyyənləşdirmək üçün iştirakçıların üzərinin yoxlanılacağını bildirdilər. Buna isə həm müxalifət liderləri, həm də aksiya iştirakçıları etiraz etdilər. belə olan halda zor tətbiq ediləcəyi elan olundu. Həmin ərazidə 30 min aksiya iştirakçısı var idisə, 50 minə yaxın polis və xüsusi təyinatlı cəlb olunmuşdu. Xüsusi təlim görmüş itlərdən, gözyaşardıcı qazdan, üzərində su şırnaqları olan texnikalardan istifadə edilərək amansızlıqla aksiya dağıdıldı. Əsassız olaraq polis dəyənəyindən istifadə edildi, təlim görmüş itlər komanda ilə insanların üstünə yeridildi və sair. Həmin gün mənim hesablamalarıma görə 300-ə yaxın aksiya iştirakçısı həbs olunmuşdu. Lakin bu gün (dünən) aldığım son məlumata görə həmin aksiyada 1000 nəfərdən artıq adam həbs olunub. Halbuki bu aksiyalarda qoca, cavan olmasına baxmayaraq, heç kim polisə qarşı müqavimət göstərməyib. Sadəcə Avropa dəyərlərindən, sərbəst toplaşmaq azadlığından istifadə edən insanlar dinc aksiya keçiriblər. Buna cavab olaraq isə Almaniya polisi min nəfərdən artıq insanı həbsə atıb. Fikrimcə, bu, özünü ifşadır, rüsvayçılıqdır, Avropa demokratiyasına bir ləkədir. Bundan sonra Almaniyanın nə Azərbaycanda, nə də digər postsovet ölkələrində demokratiya və insan haqlarından danışmağa mənəvi haqqı çatmır.
- Eynulla bəy, Siz Almaniyaya səfərə getməzdən qabaq “İnsan Haqları Uğrunda” İctimai Birliyin “Qızıl balıq diplomatiyası” adlı hesabatı açıqlandı. İstərdik ki, bu hesabatla da bağlı fikirlərinizi öyrənək.
- Bu hesabatın Avropa institutlarında təqdimatı nəzərdə tutulub. Elə sözügedən sənəd də bir qədər əvvəl danışdıqlarım hadisələrlə əlaqəlidir. Belə ki, Almaniya hökumətinin sifarişi ilə Azərbaycan haqqında tamamilə yalan, heç bir elmi-metodoloji bazaya əsaslanmayan, iftira dolu “Qara kürü diplomatiyası” adlı hesabat hazırlanıb. Bundan sonra Avropada şəbəkə halını alan QHT-lər tərəfindən bu hesabat ictimailəşdirilməyə başlanılıb. Təsəvvür edin, Almaniyadakı aksiyalarda mindən artıq insan həbs edilir, amma Azərbaycana qarşı səlib yürüşü elan edən beynəlxalq QHT-lərdən, təşkilatlardan heç biri buna reaksiya vermir. Sual olunur ki, niyə? Biz “Qızıl balıq diplomatiyası” adlandırdığımız son hesabatımızda bütün bu məqamlara aydınlıq gətirmişik. Bildirmişik ki, Azərbaycana qarşı məqsədyönlü tənqidlər, məhz siyasi sifarişdir, yalnız bir ölkəyə hesablanan siyasi texnologiyadır. Məsələn, Kristofer Ştrasserin məlum məruzəsinin qəbul olunması Almaniya hökumətinin, o cümlədən kansler Angela Merkelin əsas məqsədlərindən biri idi. Bizdə olan məlumata görə, onlar bununla alman dövlətinin iqtisadi maraqlarını və Transqafqaz regionundakı “boru kəmərləri ambisiyasını” həyata keçirmək üçün Azərbaycan hökumətinə siyasi təzyiq göstərmək məqsədi güdürdülər. Ştrasserin məruzəsinin müzakirəsi ərəfəsində Almaniya kansleri Merkel AŞ PA rəhbərliyindən şəxsən xahiş etmişdi ki, Parlament Assambleyasının yanvar sessiyasındakı səsvermə zamanı səs çoxluğunun əldə olunması üçün əlindən gələni etsin. Almaniya hökuməti Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təsisatına Nabucco-West danışıqları ərəfəsində Azərbaycan hökumətinə təzyiq göstərməyin effektiv aləti kimi baxırdı. O da yaddan çıxmamalıdır ki, Azərbaycan qazının nəqlinə dair sənədlər Merkel hökuməti ilə ciddi problemlər ucbatından hələ də imzalanmayıb. Məhz bu kimi səbəblərdən də Almaniya hökumətinin bütün diplomatik səyləri Azərbaycan hökumətinə Avropa Şurası vasitəsilə təzyiq göstərməyin institusional mexanizminin yaradılmasına yönəlib. 2010-cu ildə Bakıda yaradılan və sıralarında Qərb QHT-lərini də birləşdirən Beynəlxalq tərəfdaşlıq qrupu bu strateji missiyanın həyata keçirilməsi üçün göydəndüşmə idi. Almaniya diplomatiyası bəzi Qərb QHT-lərini öz məkrli və neoimperialist siyasətini reallaşdırmaq aləti qismində seçərək bütün qüvvə və imkanlarını Avropanın ictimai rəy təsisatlarında Azərbaycanın odioz, eybəcər obrazını yaratmaq yönündə səfərbər etdi. Göründüyü kimi, Azərbaycana qarşı müxtəlif iddialar irəli sürən beynəlxalq təşkilatların fəaliyyəti siyasi lobbiçilikdən başqa bir şey deyil. Onlar mandatlarından kənar işlərlə məşğuldurlar.
- Siz Ştrasserin məruzəsindən sitat gətirdiniz. Yeri gəlmişkən, Avropa Şurasına üzv ölkələrdə yüzlərlə siyasi məhbus ola-ola Beynəlxalq Tərəfdaşlıq Qrupunun hədəf kimi yalnız Azərbaycandakı vəziyyəti seçməsi nə ilə əlaqədardır?
- Mən Ştrasserin həmin məruzəsi ilə bağlı AŞ PA-da ictimai dinləmələr təşkil etmişdim. Bu dinləmələrə Beynəlxalq Tərəfdaşlıq Qrupu da tam heyətlə qatılmışdı. Mən o zaman onlara dedim ki, Türkiyədə həbsdə olan 100-dən artıq jurnalist və bloqqer var. Gürcüstan parlamentinin insan haqları komitəsi tərəfindən beynəlxalq təşkilatlara təqdim olunan 300 nəfərlik siyasi məhbus siyahısı var. Ukraynanın sabiq baş naziri Timoşenko və hökumətin 5 üzvü həbsdədir. Sadalanan faktlara əlavə olaraq, Rusiyadakı siyasi məhbuslar problemini, Rumıniyadakı despotik dövlət kriminalı sistemini, Macarıstanda jurnalistlərin təqib olunmasını, Fransada prezidentin dostlarının strateji KİV-ləri dinc yolla zəbt etməsini, Almaniya həbsxanalarında etnik zəmində baş verən qətl və işgəncə hallarını və sairi də göstərmək olar. Mən o vaxt təklif etdim ki, gəlin beynəlxalq missiya yaradaq, həmin ölkələrə də gedək, tədqiqat aparaq. Əfsuslar olsun ki, bu təklifə onların münasibəti çox pis oldu. Onlar məni dinləmədilər, təklifim də qəbul olunmadı. Müxtəlif bəhanələrdən istifadə edilərək, digər ölkələrdə monitorinqlərin keçirilməsinə qarşı çıxdılar. Onlar Belarusiyada, İranda monitorinq keçirməkdən imtina etdilər ki, oralarda bunun üçün şərait yoxdur. Rusiya hökuməti ilə danışıq aparmağın mümkünsüzlüyünü söylədilər və sair. Bütün bunlar onu deməyə əsas verir ki, ortada siyasi sifariş olub. Bir sıra QHT-lər bəzi dövlətlərin və qüvvələrin əlində siyasi lobbiçilik alətinə çevrilib. Bu, olduqca acınacaqlı haldır.
Rufik İSMAYILOV