• cümə axşamı, 05 dekabr, 07:24
  • Baku Bakı 6°C

Kişinyov görüşündən gözləntilər - Sülh üçün DAVAM ya TAMAM?

31.05.23 15:24 13801
Kişinyov görüşündən gözləntilər - Sülh üçün DAVAM ya TAMAM?

Kişinyov görüşündə Azərbaycan və Ermənistan arasında ərazi bütövlüyünün tanınması sahəsində son nailiyyətlərin müzakirəsi və həlli gözlənilir.

Bu barədə Trend-ə Amerikalı analitik İrina Tsukerman deyib.

"Sülh sazişinin imzalanmasına doğru irəliləyən yol, kommunikasiyaların açılması, eləcə də İrəvanın Bakıya yönələn sərt və qərəzli bəyanatlarını özündə əks etdirən ziddiyyətli görünən siyasəti, davam edən sərhəd təxribatları kimi fərqli məsələlərin müzakirəsi gündəmdədir. İrəvan və Bakı sülh inşa etməyə yaxındırlar. Lakin bəzən üçüncü tərəflərin müdaxiləsi bu səyləri son anda pozur. Eyni şeyin bu son sammitdə də baş verə biləcəyi ilə bağlı narahatlıqlar var. Ən azı, tərəflər imzalanmadan əvvəl yerinə yetirilməsi şərtləri və zəruri olan müxtəlif addımlar üzrə zəmanətlər barədə razılığa gəlməlidirlər - sərhədlərin demarkasiyası və delimitasiyası, kommunikasiyaların açılması, Zəngəzur dəhlizi məsələsinin həlli kimi", - deyə o əlavə edib.

Ekspert həmçinin bildirib ki, Ermənistanın Türkiyə ilə ticarətin normallaşdırılmasına davam edəcəyi gözlənilir ki, bu, ümumiyyətlə regional inteqrasiya üçün daha yaxşı kontekst təmin edəcək.

"Görüşün sazişin şərtlərinin yekunlaşmasına gətirib çıxaracağını, hətta imzalanmanın olacağını söyləmək hələ tez olsa da, ümid edirik ki, bu görüş bir çox qeyri-müəyyənlikləri aradan qaldıracaq", - deyə İ.Tsukerman əlavə edib.

banner

Oxşar Xəbərlər