• cümə, 26 Aprel, 09:01
  • Baku Bakı 12°C

Fransanın hökumət məsləhətçisi Azərbaycanın müharibə veterenlarının müalicəsi üçün tövsiyələr verib

25.07.22 15:45 1048
Fransanın hökumət məsləhətçisi Azərbaycanın müharibə veterenlarının müalicəsi üçün tövsiyələr verib

“Əsgərlər çox hallarda danışmaq istəmirlər, onları başa düşməyəcəklərindən qorxurlar”.

Bunu “Report”un Fransa bürosuna açıqlamasında Diplomatiya və Dialoq üzrə Beynəlxalq Şuranın (İCDD) direktoru, hökumət məsləhətçisi Erik Gozlan hərbçilərdə postravmatik stress pozuntusu halllarını təhlil edərkən bildirib.

Onun sözlərinə görə, müharibədə iştirak etmiş hərbçilərdə postravmatik stress pozuntusu hallarına tez-tez rast gəlinir: “Bütün ordulardakı əsgərlərin təxminən 10-15 faizi postravmatik stress pozuntusu yaşayırlar. Bu hərbçilərin və əsgərlərin əksəriyyəti kəskin stress reaksiyası əlamətləri, “fleşbeklər” (müharibə görüntülərini dəfələrlə parlaq təəssüratlarla yaşama), səsə qarşı kəskin oyanıqlıq, qorxulu yuxugörmə, qorxu və kəskin narahatlıq hissləri və digər hallar yaşayırlar. Bu şəxslər hətta bir sıra müsbət emosiyalarını tamam itirə bilərlər və əvəzində qəzəb, kin kimi mənfi emosiyaları kəskin surətdə arta bilər. Belə hallarda onların əksəriyyəti alkoqol, zorakılıq kimi vasitələrə əl atmaqla öz emoiyalarını təkbaşına idarə etməyə çalışırlar”.

Ekspert bildirib ki, postravmatik stress pozuntusunun 3 müalicə forması məlumdur. Onun sözlərinə görə, bunlar psixoterapiya, depressiyaya qarşı dərmanlar və bir neçə aydır ki, başlanılan oksigendən istifadə etməklə terapiyadır: “Hər bir halda onları anlaya bilmək üçün bu insanların danışmaları, ağrılarını ifadə etmələri lazımdır. Bu sindroma məxsus əlamətdir ki, bu əsgərlər onlar yaşadıqlarını yaşamadıqları üçün ailələrinin onları heç vaxt başa düşməyəcəklərini güman edirlər. İş yalnız bu əsgərlərlə yox ailələri ilə də aparılmalıdır. Bu əsgərləri ömürlük xəstəxanada saxlamaq mümkün deyil. Onların sağalmaları üçün ailələrinin yanında olmaları məsləhətdir. Bunun üçün də ailə üzvləri onlara qulaq asmağı, onları anlamağı öyrənməlidir. Gecələr qorxulu yuxular gördükləri zamanı onları nə vaxt oyatmaq, nə vaxt oyatmamaq lazım olduğunu bilməlidirlər”.

E.Gozlan bildirib ki, fleşbeklər bu əsgərləri ömürləri boyu izləyə bilər, terapevtin rolu bu hallara üstün gələrək, onlara normal yaşamaqda davam edə bilməyi öyrətməkdir: “İnsanlar fərqlidirlər və bu səbəbdən də postravmatik stress pozuntusunu da fərqli yaşayırlar. Lakin bu xəstələr əlil deyillər, məqsəd onlara normal yaşaya bilmələrinə kömək etməkdir. Bəzən depressiyalara qarşı dərmanlar bir müddət kömək edir, digərlərinə psixoterapiyalar kömək edir. Psixoterapiya vasitəsilə müalicənin problemi ondan ibarətdir ki, əsgərlər çox hallarda danışmaq istəmirlər, onları başa düşməyəcəklərindən qorxurlar. Bu səbəbdən də psixoterapevtlər ordu tərəfindən hazırlanmaları daha məqsədəuyğundur. Onlar hətta keçmiş hərbçilər də ola bilərlər. Çünki onlar bu əsgərlərin nə demək istədiklərini daha tez anlayacaqlar və bu halda müalicə daha uğurla nəticələnəcək. Tədqirəlayiq haldır ki, Azərbaycan hökuməti bu əsgərlərin qayğısına qalır, onların müalicəsi üçün əlindən gələni edir”.

banner

Oxşar Xəbərlər