• cümə, 21 Iyun, 18:19
  • Baku Bakı 28°C

Daha bir nəfər COVID-19-a yoluxub

29.05.23 17:00 999
Daha bir nəfər COVID-19-a yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlar arasında vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 831 822 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 461 nəfər müalicə olunaraq sağalıb, hazırda 88 aktiv xəstə var. Bu günə qədər 10 273 nəfər vəfat edib.
Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 678, bu günə qədər isə ümumilikdə 7 619 511 test icra olunub.

 

banner

Oxşar Xəbərlər