cümə axşamı, 28 sentyabr, 22:56

Baku Bakı 24°C

Azərbaycanda fiziki şəxslərin gəlir vergisi üzrə proqnoz artırılır

icon 480 icon 30 may 2023 | 16:30 Azərbaycanda fiziki şəxslərin gəlir vergisi üzrə proqnoz artırılır

Azərbaycanın yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin gəlirlərinin 1,7 milyard manatı fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların payına düşəcək.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 1,2 % çoxdur.

Xatırladaq ki, dəyişikliklə bu il büdcə gəlirlərinin 33 milyard 779,5 milyon manat, büdcə xərclərinin isə 36 milyard 568,8 milyon manat olacağı gözlənilir.