• şənbə, 31 Oktyabr, 01:56
  • Baku Bakı 17°C

11 milyardlıq aqrar məhsul istehsalı

31.10.26 00:22 27
11 milyardlıq aqrar məhsul istehsalı

Bu ilin yanvar-sentyabr aylarında ölkəmizdə 11 milyard manatdan çox kənd təsərrüfatı məhsulu istehsal edilib. Dənli bitkilərin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,2% artıb, buğdanın məhsuldarlığı 36,3 sentnerə yüksəlib.

Azərbaycanda ərzaqlıq buğda istehsalı 170 min tonu ötüb. "Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, dənli bitkilərin istehsalının artırılması hədəfi daha az resursla, yəni daha az torpaqdan və daha az sudan istifadə edərək məhsuldarlığın artırılması istiqamətindədir: "Ərzaqlıq buğda" proqramı və "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"da bunun genişləndirilməsi nəzərdə tutulur. "Ərzaqlıq buğda" proqramı çərçivəsində 2025-ci ildə 126 min ton məhsul istehsal olunmuşdusa, 2026-cı ildə bu göstərici artıq 170 min tonu keçib”.

230 hektar sahədə sənaye üsulu ilə istixana layihəsi 

M.Məmmədov qeyd edib ki, azad edilmiş ərazilərdə 230 hektar sahədə sənaye üsulu ilə istixana layihəsinin icrası nəzərdə tutulur. Onun sözlərinə görə, heyvandarlıq, bağçılıq və istixana sahələrinə sahibkarlar tərəfindən ciddi maraq mövcuddur. 
Nazir əlavə edib ki, Dövlət Proqramında nəzərdə tutulan hədəflərə nail olunacaq: "2025-ci ilin sonunda ölkə ərazisində müasir suvarma sisteminin tətbiq olunduğu 130 min hektar var idisə, artıq bu göstərici 155 min hektara çatıb".

Bu il 11 milyard manatlıq məhsul istehsal edilib

Nazirin sözlərinə görə, Azərbaycanda aqrar sahədə həyata keçirilən tədbirlərin nəticələri kənd təsərrüfatı istehsalının göstəricilərində də öz əksini tapır. Belə ki, bu ilin yanvar-sentyabr aylarında ölkəmizdə 11 milyard manatdan çox kənd təsərrüfatı məhsulu istehsal edilib: "Dənli bitkilərin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,2% artıb, buğdanın məhsuldarlığı 36,3 sentnerə yüksəlib. Meyvə və giləmeyvə istehsalı 5% artaraq 842,6 min tona çatıb. Kənd təsərrüfatı və emal məhsullarının ixracında da müsbət dinamika qeydə alınıb. Bu nəticələr mühüm nailiyyətlərdir".
M.Məmmədov əlavə edib ki, iqlim dəyişiklikləri, su ehtiyatlarının məhdudluğu və beynəlxalq bazarlardakı dəyişikliklər daha çevik, innovativ və elmi əsaslara söykənən yanaşmalar tələb edir: "Rəqəmsallaşma, müasir texnologiyaların tətbiqi və elmi biliklərin istehsalata inteqrasiyası aqrar inkişafın əsas istiqamətləri olaraq qalmalıdır. İşğaldan azad edilmiş ərazilərdə aqrar potensialın bərpası da xüsusi əhəmiyyət daşıyır. Qarabağ və Şərqi Zəngəzurda müasir təsərrüfatların yaradılması, istehsal infrastrukturunun inkişafı və torpaq ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb edilməsi ölkəmiz üçün yeni imkanlar yaradır".

banner

Oxşar Xəbərlər