• şənbə, 22 Iyun, 00:11
  • Baku Bakı 25°C

Azərbaycan və Çin generalları görüşdülər

15.06.24 00:19 866
Azərbaycan və Çin generalları görüşdülər

İyunun 14-də müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Çin Xalq Azadlıq Ordusunun Beynəlxalq Hərbi Əməkdaşlıq Baş İdarəsinin rəis müavini general-mayor Yao Qinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Nazir uzun illər işğal altında olan torpaqlarımızın Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən Vətən müharibəsindən sonra azad edilməsinin xalqımız üçün tarixi əhəmiyyətindən danışıb. 

Səmimi qəbula görə minnətdarlığını bildirən general-mayor Y.Qin hər iki ölkənin orduları arasında qarşılıqlı təcrübə mübadiləsi, eləcə də münasibətlərin daha da inkişaf etdirilməsi məqsədi ilə mütəmadi olaraq bu cür görüşlərin keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Çinli qonaq Azərbaycanın müdafiə nazirini cari ilin sentyabr ayında Pekində keçiriləcək 11-ci Pekin Syanşan Forumuna dəvət edib.

 

banner

Oxşar Xəbərlər