• cümə, 26 Aprel, 06:37
  • Baku Bakı 12°C

Zidanın daha bir hədəfi bəlli oldu

18.03.19 12:25 602
Zidanın daha bir hədəfi bəlli oldu
"Real”ın baş məşqçisi Zinəddin Zidanın yay transfer dönəmindəki hədəflərindən biri də bəlli olub.
Kaspi.az xəbər verir ki, Zidan "Mançester Yunayted”in qapıçısı De Xeanı transfer etməyi planlaşdırır. Bu da o deməkdir ki, Zidan Tibo Kurtuaya etimad göstərmir.
Məlumata görə, Peres De Xeanı transfer edəcəyi ilə bağlı Zidana vəd verib. Xeanın gəlişindən sonra Tibo Kurtuanın icarəyə veriləcəyi gözlənilir.
İspaniya yığmasının da qapıçısını qoruyan De Xeanın transfer qiyməti 70 milyon avro dəyərləndirilir.
banner

Oxşar Xəbərlər