AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Yoluxmaların çoxu harda olur?

Yoluxmaların çoxu harda olur?

Cəmiyyət
29 May 2020, 19:13 268
"Aparılan analizlər göstəririr ki, yoluxmaların çoxu yas mərasimlərində olur”.
 
Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
 
Onun sözlərinə görə, yaslarda insanların, xüsusilə qadınların bir yerdə toplaşması yoluxanların sayını kütləvi şəkildə artmasına səbəb olur:
 
"Bu, bizi narahat edir. Vətəndaşları diqqəti və məsuliyyətli olmağa çağırırıq”.