• şənbə, 05 Iyul, 21:38
  • Baku Bakı 26°C

Yağış yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ

26.11.20 15:45 506
Yağış yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ
Milli Hidrometeorologiya Xidməti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
XidmətdənAPA-ya bildirilib ki, noyabrın 27-də gecə və səhər Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
Azərbaycanın bəzi şərq rayonlarında noyabrın 27-si gecə və səhər arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

banner

Oxşar Xəbərlər