• çərşənbə axşamı, 16 aprel, 22:02
  • Baku Bakı 18°C

“Xoşbəxtliyiniz haradadırsa, gedin onu tapın” - Soydaş

12.06.20 15:30 9397
“Xoşbəxtliyiniz haradadırsa, gedin onu tapın” - Soydaş
Ramilə Cəfiyeva: "Həyat biz düşündüyümüz kimi qəddar və ədalətsiz deyil”
Heç bir çətinlik onu qorxutmur. Çətinlikdən, qaranlıqdan belə, işıq tapıb, onun ardınca gedir. Hətta çətinliyi də fürsətə çevirə bilir. Dünyanı ağuşuna alan pandemiyadan müsbət mənada yararlandığı kimi... Özünün də zarafatla dediyi kimi, pandemiya yatmış bəxtini oyatdı...

MüsahibimizMalayziyada yaşayan həmyerlimiz Ramilə Cəfiyevadır.

1994-cü ildə Beyləqan rayon Şahsevən kəndində anadan olub. Orta məktəbi kənddə bitirdikdən sonra a Azərbaycan Dillər Universitetinə qəbul olub və İngilis dili üzrə bakalavr dərəcəsi alıb. 2015-ci ildə İqtisad Universitetində MBA üzrə magistr dərəcəsində təhsilini davam etdirib: "Bakalavr üzrə oxuduğum müddətdə, 3-cü kursdan etibarən ingilis dili müəllimi kimi fəaliyyətə başlamışam. Öncə müxtəlif kurslarda müəllim işlədim, sonra isə 2017-ci ildə müəyyən təcrübə yığdıqdan sonra "BritishLanguageCenter” adlı dil mərkəzini yaratdım. Hazırda isə ölkədən köçdüyümə görə, həmin mərkəzi satmaq qərarına gəldim”.

- Ramilə xanım, Malayziya macəranız necə başladı?
- Səyahəti sevirəm. 10 ölkə, 20-yə yaxın şəhərlərdə olmuşam. Bunların arasında həm Avropa, Asiya ölkələri, həm də Türkiyə və Gürcüstan kimi qonşu ölkələr də olub. Malayziya, Tailand, Vyetnam kimi uzaq Asiya ölkələrini görməyi həmişə arzulasam da, bura gəlməyimin səbəbi səyahət yox, sevgi olub. Belə ki, keçən il Bakıda həyat yoldaşımla tanış oldum. O, Pakistan vətəndaşıdır və 1 ilə yaxın işi ilə əlaqədar olaraq müvəqqəti Bakıda yaşayıb. Mən çox aktiv insanam və xaricilərin iştirakı ilə təşkil olunan bir çox tədbirlərdə, sosial müzakirələrdə iştirak etmişəm. Bu cür tədbirlərin birində həyat yoldaşımla tanış oldum və hekayəmiz başladı. Malayziyaya qayıtmasına 10 gün qalmış mənə yaxınlaşaraq 2 xəbər verəcəyini söylədi, o xəbərlərdən biri pis, digəri isə yaxşı idi. Pis xəbər o idi ki, o vaxtından əvvəl ölkəsinə qayıtmalı idi. Yaxşı xəbər isə o idi ki, mənə evlilik təklif etdi. Bu ana kimi bizim qəti şəkildə evlənmək planlarımız yox idi və bu, mənim üçün xoş bir sürpriz oldu. Müsbət cavab vermədim, fikirləşmək üçün müəyyən vaxt lazım olduğunu bildirdim. Əslən pakistanlı olsalar da, ailəsi 10 ilə yaxındır ki , Malayziyada yaşayır. Qərara gəldik ki, bir-birimizi daha yaxından tanımaq və ailəsi ilə tanış olmaq üçün Malayziyaya səfər edim, çünki ailə qurandan sonra həmin ölkəyə köçəsi idik və oranın həyat tərzini da əvvəldən öyrənməli idim. Ondan sonra qərar versəydim, nişanlanmağı planlaşdırdıq. Yəni planım buraya gəlib 10 gündən sonra evə qayıtmaq idi. Mart ayının 13-ü Malayziyaya yola düşdüm. Elə həmin gün ölkələrin bir çoxunda koronavirusa görə sərhədlər tam olaraq bağlandı, Azərbaycana qayıda bilmədim. Nəticədə, yoldaşımın valideynləri məni o qədər çox bəyəndi ki, bizim elə ilk səfərdə nikah kəsməyimizi çox istədilər. Düzdür, böyük toy təşkil etmək mümkün olmadı, lakin 50 nəfər qonaq və yaxın adamın iştirakı ilə toy məclisi etdik.


banner

Oxşar Xəbərlər