cümə, 07 Oktyabr, 10:58

Baku Bakı 19°C

Magistraturaya qəbul üçün keçirilən sınaq imtahanının nəticələri elan edilib

icon 901 icon 27 dekabr 2021 | 17:40 Magistraturaya qəbul üçün keçirilən sınaq imtahanının nəticələri elan edilib


Dövlət İmtahan Mərkəzi dekabrın 26-da keçirilən sınaq imtahanının nəticələrini elan edib.
"Report"xəbər verir ki, hər bir iştirakçı DİM-ininternet saytınadaxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.
Bakalavrlar imtahan nəticələri barədə məlumatı, iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 290 nəfərdən 13 nəfər imtahana gəlməyib.
Xatırladaq ki, imtahanda ən yüksək nəticə göstərən 25 bakalavr 2022-ci il yanvarın 17-də DİM-in Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən yeni inzibati binasında keçiriləcək "Açıq qapı” gününə dəvət olunacaq. Görüşdə DİM-in məsul işçiləri tərəfindən bakalavrlara proqram və ixtisas seçimi ilə əlaqədar məsləhət və tövsiyələr veriləcək, onları maraqlandıran suallar cavablandırılacaq. Bakalavrlar DİM-in binasında yaradılmış və milli qiymətləndirmə sistemimizin tarixi inkişaf yolunu əks etdirən muzeylə də tanış olacaqlar.